Naxçıvanda “Media-aktiv” layihəsinə start veriləcək

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Media-aktiv” layihəsinin icrasına başlanılır. 

8–18 iyul tarixlərini əhatə edəcək layihə çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu, futzal, şahmat və stolüstü tennis yarışları təşkil ediləcək. Sonda isə mükafatlandırma tədbiri keçiriləcək.

Layihə media nümayəndələri arasında sağlam və aktiv həyat tərzinin təbliği, dostluq və əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, eyni zamanda milli mətbuat 150 illiyinin birgə və mənalı şəkildə qeyd olunması məqsədi daşıyır.